Heydər Əliyev Aeroportunda avtomobil yandıbackend

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.