“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verildibackend
Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında  “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin açılış mərasimi keçirildi.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının lektoriya zalı və Binəqədi rayonu üzrə digər mərkəzlərdə təşkil olunan ilk dərslərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, millət vəkilləri Sadiq Qurbanov, Kəmaləddin Qafarov, Əziz Ələkbərli, Əliabbas Salahzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak etdilər.
Öncə Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət edildi.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndərin zəngin və çoxşaxəli irsi barədə məruz və çıxışlar dinlənildi, müəllim və şagirdləri maraqlandıran suallara cavab verildi.
Sonda qonaqlar Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının binasında Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı açılmış sərgi ilə tanış oldular.