“Heydər Əliyev məfkurəsi dünən də, bu gün də, gələcəkdə də Azərbaycanın mayakıdır.” – Məlahət İbrahimqızıbackend

Bu günlərdə Ümummilli Liderimiz, müasir dövlətimizin qurucusu Heydər Əliyevin Naxçıvan Muxtar respublikası Ali Məclisinə sədr seçilməsinin ildönümüdür.

Belə bir əlamətdar gündə, xalqının ən böyük xidmətkarı olmuş Azərbaycan fədaisi Heydər Əliyevin misilsiz xidmətlərini xatırlamamaq mümkün deyil. Şanlı  tariximizin elə səhifələri var ki, bu səhifələrə qızıl hərflərlə yazılmış hər bir söz xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Böyük fəxarət hissi ilə deməliyik ki, bu mərhələlərdən biri də tariximizin Heydər Əliyev mərhələsidir. Məhz çağdaş dövlətimizin qurucusu Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, o həm tarixi yazıb, həm də bu tarixin baş və əsas qəhrəmanı olubdur. Azərbaycan xalqı xoşbəxtdir ki, Milli dövlətçilik tariximizin ən çətin və mürəkkəb mərhələsində Heydər Əliyev kimi xilaskar məramlı qəhrəman oğlu onun nicatına yetişmişdir.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Millət vəkili Məlahət İbrahimqızı bildirib.

Məlahət İbrahimqızı eyni zamanda bəzi qüvvələrin Heydər Əliyevin hakimiyyətdən getməsinə nə qədər sevindiklərini, hakimiyyətə gəlişinə də o qədər kədərləndiklərini qeyd etdi .

“Qeyd etmək lazımdır ki, xalqımızın taleyi necə keşməkeşliolmuşsa, Heydər Əliyevin taleyi də elə enişli-yoxuşlu olmuşdur. Bu Böyük Şəxsiyyətin alın yazısı öz xalqının taleyini yaşamaq olmuşdur.O, xalqının dərdini öz dərdi hesab etmiş və həyatını da xalqına və dövlətinə həsr etmişdir. Heç də təsadüfi deyil ki, XX əsrdə Azərbaycanın düşmənləri və Azərbaycanı sevməyən qüvvələr çirkli məqsədlərinə çatmaları üçün ən böyük təhlükəni Heydər Əliyev varlığında görürdülər. Bu qüvvələr Heydər Əliyevin hakimiyyətdən getməsinə nə qədər sevinmişlərsə, hakimiyyətə gəlişinə də o qədər kədərlənmişlər. Onlar hətta Heydər Əliyevin heç bir vəzifəsi olmadıqda belə ondan qorxmuşlar, çəkinmişlər. Çünki, düşmən Onun harada olmasından asılı olmayaraq bir vətən fədaisi olduğunu anlayırdılar. Məhz buna görə də Azərbaycanı sevməyən qüvvələrin arzu və xəyalları Heydər Əliyev dühası ilə puç olmuşdur. Heydər Əliyev məfkurəsi dünən də, bu gün də, gələcəkdə də Azərbaycanın mayakıdır. Bu mənada Heydər Əliyev və Onun siyasəti var olduqca orada uğur, nailiyyət olacaq, inkişaf olacaq, Zəfər olacaq.”

 

Milli Məclisin deputatı Azərbaycanın müstəqillik yollarının Naxçıvandan başlanıldığını,Heydər Əliyevin uğurlu xilaskarlıq missiyası nəticəsində Naxçıvanın erməni təcavüzündən xilas etdiyini də vurğuladı

“ Hər zaman milli maraqların təmin edilməsiniəsas tutan Heydər Əliyev zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında qiymətləndirmiş və öz müdrik ideyalarını millətimizin strateji inkişaf konsepsiyasına çevrə bilmişdi. Bu nadir istedadı ilə də O, və onun ideyaları dünya miqyasında özünəməxsus yer tutmuşdu.Heydər Əliyev 20 yanvar faciəsindən sonra Moskvada qorxmadan, çəkinmədən Azərbaycan nümayəndəliyinə gələrək cəllad Qarbaçova, faşist ideologiyalı Sovet rejiminə və onun qaniçən Ordusuna etiraz etdikdən sonra Vətənə dönməsi onun ən böyük qayıdışıdır. Hər şey də bu qayıdışdan sonra başladı. Zülmətdən işığa doğru olan bu qayıdışın sonu onun arzuladığı və inandığı Zəfər ucalığı, Zəfər zirvəsi idi.  Xalqımızın böyük oğlu, Heydər Əliyev insanları öz ideya və baxışları ətrafında toplayaraq, zəngin təcrübəsilə idarəçilikdə misilsiz uğurlara imza atmışdır. Hər zaman xalqın böyük inamını qazanan Ümummilli liderimiz cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqının həm də dərin etimadını qazanıbdır.Qeydetmək lazımdır ki, Ulu Öndərin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı ilə milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.Bu görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın  3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə Naxçıvan sakininin təkidi ilə Ali Məclisin Sədri seçilməsilə Azərbaycanın müstəqillik yollunun əsası qoyulubdur.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atıb. Zəngin təcrübəyə malik dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi və onun ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsi Azərbaycan xalqının taleyində yeni üfüqlər açdı.

 

Məlahət İbrahimqızı Heydərin Əliyevin Naxçıvanda Ali Məclisin sədri olduğu müddətdə uğurlu fəaliyyətindəndə bəhs etdi .

“Azərbaycan xalqının və milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan istiqlal və hürriyyət  tezliklə ölkənin siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində çox qəti addımların atılmasına gətirib çıxardı.Bununla  də görkəmli dövlət xadimi Heydər Əliyev özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını xalqa bəyan etmiş oldu. Fenomenal şəxsiyyət öz zəngin təcrübəsi ilə milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini məhz Naxçıvanda qoydu. Sovet İttifaqının ən aparıcı dövlət xadimlərindən biri olan Ulu Öndərin Naxçıvana gəlişi həqiqi mənada Naxçıvanın qurtuluşu idi. Bildiyimiz kimi, XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, rəsmi Moskva Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış boşluqdan istifadə edən təcavüzkar Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin hədsiz ağır və gərgin olmasına baxmayaraq, Naxçıvan əhalisi bütün çətinliklərə müqavimət göstərir, Muxtar Respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Belə bir  çətin, mürəkkəb və məsuliyyətli məqamda dahi zəkaya malik Heydər Əliyevin Azərbaycana qayıdışı Böyük qayıdışın ilk pilləsi idi. Çox təəssüf ki, o dövrdə Ulu Öndərimiz Moskvadan Bakıya gələrkən üzləşdiyi ədalətsizlik və haqsızlıq səbəbindən 1990-cı il iyulun 22-də Naxçıvana getmək məcburiyyətində qalmışdır. Ulu Öndərimiz  həmin ilin 30 sentyabrında həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Muxtar Respublikanın Ali Məclisinə deputat seçilmişdir. Xalqın ölkənin gələcəyinə inamını gücləndirən bu seçim Onun xilaskarlıq missiyasının ilk müjdələri idi. Məhz həmin illərdə nəinki Naxçıvan, həmçinin Azərbaycan üçün də tarixi qərarlar qəbul edilirdi. 1990-cı ilin  noyabr ayının  17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidilə ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı.Əslində bu sessiyanı öz gündəliyi və gündəliyə salınmış çox mühüm məsəsələrinə görə tarixi sessiya adlandırmaq olar. Belə ki, sessiyada müzakirə olunan bütün məsələ və qəbul edilən qərarlar nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə və suverenliyinə yönəlmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Ali Məclisinin keçirdiyi iclaslarda qəbul edilmiş qərarları nəinki Naxçıvan üçün, həm də Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O, hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə Naxçıvanda belə cəsarətli qərarların qəbul edilməsini Dahi Şəxsiyyətin qətiyyəti, müdrikliyi və uzaqgörənliyi adlandırırdı. Məhz bu sessiyalarda Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. İlk dəfə olaraq Naxçıvanda 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aylı-ulduzlu bayrağı dövlət bayrağı kimi qəbul edildi. Bununla kifayətlənməyərək, Azərbaycan dövlətinin də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı. Hətta 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdi. Əlbəttə atılan hər bir uzaqgörən addımlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Sövet dövrünün ən ziddiyyətli və qəddar qərarlar qəbul etdiyi həmin illərdə Ümummilli Liderimiz öz qətiyyəti, cəsarəti, xalqına və millətinə bağlılığını sanki bir daha Moskvaya bəyan edirdi. Heydər Əliyev əməli olaraq, bütün fəaliyyəti boyu xalq və dövlət maraqlarının hər şeydən üstün olduğunu bidirirdi.1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə oldu.Bu hadisə eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü və xalqının ən çətin günlərdə onun nicatına yetişməsi  idi. Həmin dövrdə Naxşıvanın işğalçı Ermənistanla olan sərhədlərinə düşmən tərəfindən müxtəlif hücumlar olduğundan Ali Məclisə sədr seçildikdəncəmi dörd gün sonra, yəni 7 sentyabr 1991-ci il tarixində Heydər Əliyev ən əsas vəzifə kimi Naxçıvanın müdafiəsinin gücləndirilməsi və mövcud təhlükədən xilas etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərarı qəbul etmək idi. Sonrakı dövrlərdə Onun atmış olduğu ən cəsarətli addımlardan biri də Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılmasınıntəmin olunması oldu.Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət Muxtar Respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli  yaxşılaşdırdı. Bir mənalı olaraq demək lazımdır ki, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası da məhz ilk dəfə Naxçıvanda qoyulubdu. Uzaqgörən Rəhbərimiz Ali Məclisin Sədri olduğu dövrdə dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi öz əhəmiyyətinə görə daima actual olacaqdır. 1991-ci il dekabr ayının 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bir daha onun nə qədər müdrik olduğunu sübut edir. O,AliMəclisin sədri olduğu dövrdə  Muxtar respublikanın dağılmış iqtisadiyyatının və kənd təsərrüfatının olduğunu nəzərə alaraq, Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”  eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” haqqında tarixi qərarlar qəbul edildi. Bugün hər birimizin üzvü olduğumuz Yeni Azərbaycan Partiyasının təsis konfransı da 1992-ci ilin noyabr ayının 21-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə respublikanın müxtəlif bölgələrindən gələn 600-ə yaxın  nümayəndənin iştirakı ilə keçirilib.Qeydetmək lazımdır ki, məhz Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu müddətdə Muxtar Respublikanın Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrini yenidən bərpa olunaraq çox səmərəli qonşuluq, dostluq və qardaşlıq əlaqələri qurulmuşdur. Onun hər iki dövlətə məqsədyönlü səfərlər nəticəsində Naxçıvan tezliklə düşmüş olduğu böhrandan çıxa bildi. Bu əməkdaşlıq çərçivəsində xeyli strateji sənədlər imzalanmışdırki, bu sənədlər nəinki Naxçıvanın, sonralar bütövlükdə Azərbaycan üçün böyük siyasi, iqtisadi əhəmiyyətə malik oldu.Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilib, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlaması məhz imzalanmış bu strateji sənədlərin təzahürü idi. Bləliklə əminliklə qeyd etmək lazımdır ki, Naxçıvanı ağır blokada vəziyyətindən inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub.Bu yol həm də şərəfli ömür yolu keçmiş görkəmli dövlət xadimi, unudulmaz liderimiz Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövr müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturlarını və gələcək inkişafının istiqamətlərini müyyən etmiş  oldu.”