Heydər Əliyevin adını daşıyan parkda ağacların dibinə beton vurularaq məhv edilir — VİDEO/FOTOLARbackend

Bu gün saytda yerləşdirilmiş “Nizami rayonunda Heydər Əliyevin adını daşıyan parkda ağacların dibinə beton vurularaq məhv edilir”  başlıqlı yazı ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov redaksiyamızla əlaqə saxlamışdır. 

O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Qeyd edilib ki, Nizami rayonunda mövcud ağaclara və yaşıllıqlara qulluq göstərilməsi, onların vaxtında suvarılması məqsədi ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən bir neçə yerdə, o cümlədən sözügedən ərazidə də artezian quyusu qazılıb. Yaşıllıq sahəsinə axıdılan maye isə beton deyil, əraziyə yeni qazılan quyudan axıdılan ilk sudur. Onun torpaq və gillə qarışığı beton görüntüsü verib. Quyudan gündəlik istifadədən sonra onun suyu durulacaqdır.

X X X

Bakının Nizami rayonu, “8-ci kilometr” adlanan ərazisində məqsədli şəkildə yaşıllıqlar məhv edilir. 

Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, rayondakı Heydər Əliyev Parkı ərazisində əkilən onlarla ağacların yaxınlığında qanunsuz qazıntı işləri həyata keçirilir.

Həmçinin, ağacların köklərinə beton axıdılıb. Qazıntı zamanı ağaclara ciddi ziyan dəyib.

Ərazidə yaşayan sakinlər deyir ki, Nizami rayonu ərazisində ağacların məqsədli şəkildə məhv edilməsi faktı birinci hal deyil. Bundan əvvəl də ağacların məqsədli şəkildə məhv edilməsi ilə bağlı həm Nizami rayon İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Ancaq sözügedən müvafiq qurumlar nədənsə baş verən qanunsuzluqlara göz yumurlar.

Ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik: 

 

 

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.
No description available.No description available.No description available.No description available.No description available.

Vaqif Hüseynli