Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Efiopiyanın Əddis-Əbəbə şəhərində anım mərasimi keçirilmişdirbackend

12 dekabr 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Efiopiyanın Əddis-Əbəbə şəhərində anım mərasimi keçirilmişdir.

Səfirlikdən  “Yeni Gundem” e verilən məlumata görə, səfirlikdə təşkil olunmuş tədbirdə çıxış edən səfir Elman Abdullayev müasir dövlətçiliyimizin qurulmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin zəngin irsi barədə qonaqları məlumatlandıraraq, ümummilli lider tərəfindən əsası qoyulmuş siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə qeyd etmişdir.

Səfir Elman Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, dahi azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri barədə danışaraq, ümummilli liderin ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında tarixi rolunu qeyd etmişdir. Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayan səfir ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq və parçalanmaq təhlükəsindən xilas etdiyini və gələcək nəsillər üçün inkişaf strategiyasını müəyyənləşdirdiyini bildirmişdir.

Anım mərasimində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin əməkdaşları, ölkəmizdə təhsil almış efiopiyalı məzunlar, Efiopiyanın aparıcı media orqanlarının nümayəndələri, diaspor üzvlərimiz və Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.