Heyvan almağa getmişdi, 10 minini itirdibackend

Ağcabədi rayon sakini mal bazarında 10 min manat pul itirib. 

Bu barədə Ağcabədi rayon Təzəkənd kənd sakini Muxtarov Şükür Vaqif oğlu məlumat verib.

Ş. Muxtarov bildirib ki, bir neçə gün əvvəl heyvan almaq üçün Bərdə rayon mal bazarına gedib. O, bazardan iri buynuzlu heyvan almaq istəsə də 10 min manat pul itirdiyini iddia edir. Muxtarov bununla bağlı polisə ərizə ilə müraciət edib.

Rayon polis şöbəsində bu istiqamətdə əməliyyat- axtarış tədbirləri həyata keçirilir.