İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili bildirib ki, ictimai yerlərdə məcburi hicabdan imtina edən aktrisaların çalışmaq imkanı məhdudlaşdırılacaq.
“Mən daha öncə də demişəm ki, hicab qanundur, qanunu pozanların isə fəaliyyətinə icazə verilməyəcək”, – deyə, o, əlavə edib.
Qeyd edək ki, son aylarda İranın tanınmış sənətçilərinin fəaliyyəti qadağan edilib. Buna səbəb isə, onların məcburi hicaba riayət etməməsi olub.
Mənbə: Azad İran
Aynur Camal