Hikmət Hacıyev: Biz bütün ərazi iddialarına son verməyə əsaslanan regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirikbackend

Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, – Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri “dondurulnuş münaqişə” dövründə Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiya nümayiş etdirib./APA