Hikmət Hacıyev diplomatlarla Cocuq Mərcanlıdabackend

Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.

“Yeni Gündəm”-in verdiyi xəbərə görə, səfərin ilk dayanacağı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olub.

Səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri son illərdə münaqişə xəttinə yaxın ərazidə yenidənqurulan və abadlaşdırılan kəndlə tanış olublar.

Prezidentin köməkçisi Hikmət Hacıyev Cocuq Mərcanlı kəndində səfirlərin önündə çıxış edib.

Qeyd edək ki, səfər Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə həyata keçirilir.