Hikmət Hacıyev İran səfiri ilə görüşdübackend

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə səfir Tvitter səhifəsində məlumat yayıb.

“Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə konstruktiv görüşdə biz, ikitərəfli münasibətlərimizdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti, eləcə də ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi üçün əməli addımları nəzərdən keçirdik” – səfir bildirib.