Hikmət Hacıyev Ramiz Mehdiyevin nəvəsinin toyundan danışdıbackend

“Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunur. Qanunun aliliyinin qarantı da Azərbaycan Respublikasının Prezidentidir”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimində nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı məsələyə münasibətində bildirib.