Hikmət Hacıyevdən Ermənistana çağırışbackend

“Bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacağıq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər: “İşğaldan azad edilən ərazilərdə dağıntı olacağını gözləyirdik, lakin bu dərəcədə olacağını bildirdik”.