“Himn səslənəndə sakitcə dayan, əlini qəlbinə tut oxu, kimdən çəkinirsən?” – Aysel Əlizadəbackend

“Azərbaycan himni səslənəndə onu oxumaq lazımdır. Dövlət rəsmiləri də oxumurlar. Əlini ürəyinin üstünə qoyub himni səsləndirən adam çox azdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə bildirib.

“Bir dəfə yazarlarla ziyafət təşkil etmişdim. Himnlə başladıq. Yazarlar özlərini elə itirdilər, elə dartındılar himn bitənəcən onların yerinə gərginlik keçirdim. Niyə utanırsız, nə xəbərdir? Sakitcə dayan, əlini qəlbinə tut oxu da, kimdən çəkinirsən? Belə mənasız kompleksdən qurtulmaq gərəkdi” – A.Əlizadə qeyd edib.