Hindistan Rusiya neftinin dəniz daşımaları üçün əsas bazara çevrildibackend

Enerji İnkişaf Mərkəzinin hesabatına görə, Hindistan dekabr ayında Rusiya neftinin dəniz daşımaları üçün əsas bazara çevrilib.

“Yeni Gundem” xəbər verir ki, dekabrın birinci yarısında Hindistanın dəniz neft tədarükündə payı təxminən 42% təşkil edib.

Çin, öz növbəsində, 2022-ci ildə 69,5 milyon ton idxal edərək, Rusiya kömürünün ən böyük alıcısı oldu. Bu barədə Enerji İnkişaf Mərkəzinin (CRE) hesabatında deyilir.

CRE-nin məlumatına görə, bu, ötən illə müqayisədə 31% çoxdur.
Rusiya kömürünün idxalına görə ikinci yerdə Hindistan (21,8 milyon ton) olub.
Eyni zamanda, Rusiyanın ümumi kömür ixracı 13% azalıb.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələrinin energetika nazirləri Rusiya qazı, nefti və kömüründən asılılığın azaldılması məsələsinə baxacaqlar .Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Ayşən