Hindistanda məhkəmə binasında partlayış, 2 ölü, 5 yaralıbackend

Hindistanda Ludxiana şəhərində məhkəmə binasında partlayış olub.

“Yeni Gündəm”  “NDTV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayış binanın 3-cü mərtəbəsində baş verib.

Hazırda hadisə yerində polis və xilasedicilər çalışır.