Hindistandan Kanadaya viza qərarıbackend

Hindistan, Kanada ilə diplomatik gərginlikdən sonra dayandırılan viza xidmətlərini davam etdirməyə qərar verdiyini açıqlayıb.

Ottavada yerləşən Hindistan Ali Komissiyası səlahiyyətliləri diplomatik missiyalarda təhlükəsizlik vəziyyətini nəzərdən keçirdiklərini və giriş, iş, tibbi və konfrans vizalarının verilməsini davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, Kanadanın baş naziri Castin Trudeau iyun ayında Hindistan əsilli Sıx lideri Hardeep Singh Nijjarın qətlində Hindistan hökumətinin əli olduğuna dair “mötəbər iddiaların” olduğunu açıqlamışdı və Kanadanın xarici işlər naziri Melani Coy yüksək səviyyəli Hindistan diplomatının Kanadadan deportasiya edildiyini demişdi.

Sıx liderinin terrorçu olduğunu vurğulayan Hindistan, yüksək səviyyəli kanadalı diplomatı deportasiya etdiyini və kanadalılara verilən viza xidmətini dayandırdığını qeyd edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal