Hindistanın adı dəyişirmi?backend

Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir. Adın dəyişdirilməsi ilə bağlı qərarı hökumət parlamentin sentyabrın 18-22-də keçiriləcək növbədənkənar iclasında qaldıra bilər.

“Yeni Gundem” xəbər verir ki, Hindistan Konstitusiyası hazırda ölkəni “Hindistan, yəni Bharat…” adlandırır, lakin bunun sadəcə olaraq “Bharat” olaraq dəyişdirilməsinə çağırışlar artır.

Konstitusiyaya dəyişiklik edilməsi və Hindistanın adının Bharat olaraq dəyişdirilməsi tələbi gücləndi və mənbələr hökumətin Hindistanın adının dəyişdirilməsi ilə bağlı qərar verə biləcəyini söylədi.

G20 dövlət başçılarının və nazirlərin iştirak edəcəyi nahar dəvətində “Bharat prezidentinin dilindən” bəyanatı… daxil edilib.
Parlamentin son iclasında BJP Rajya Sabha millət vəkili Naresh Bansal, müstəmləkə köləliyini simvollaşdırdığını iddia edərək, “Hindistan” ın Konstitusiyadan çıxarılmasını tələb etdi.