Hindistanın paytaxtında havanın çirklənməsi təhlükəli həddə çatıbbackend
Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi təhlükəli həddə çatıb. Dumanlı havada günə başlayan Dehlidə nəfəs almaqda çətinlik çəkmək kimi şikayətlərlə xəstəxanalara müraciət edənlər olub.
“Yeni Gundem” xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi təhlükəli həddə çatıb.
Yerli mətbuatın məlumatına görə, səhər saatlarında Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) 408-ə yüksəlib. Bildirilib ki, Dehlidə ətraf ştatlarda küləş yandırılması və avtomobillərin tullantılarının səbəb olduğu çirklənmə təhlükəli həddə çatıb.