Hirkan Parkındakı yanğın günlər sonra söndürüldübackend

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.

Bu barədə “Yeni Gündəm”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlkin məlumata görə, təxminən 100 ha ərazidə kol-kos, quru ağac, xəzəl yanıb.

Qeyd edək ki, bir neçə gündür davam edən yanğının söndürülməsinə şəxsi heyətlə bərabər, helikopterlər və amfibiya təyyarəsi də cəlb edilmişdi.