Hizbullah müharibə elan etdi, ABŞ-da çaşqınlıq yaratdıbackend

Hizbullah lideri Həsən Nəsrullah ABŞ və İsrailə rəsmən müharibə elan edib.

“Yeni Gundem” xəbər verir ki, Nəsrullahın bəyanatından sonra ABŞ dövlət katibi Antoni Blinken zəng edib.

“Biz əvvəldən çox aydın idik ki, bu münaqişədə ikinci və ya üçüncü cəbhə açılmamalıdır”, – Blinken bildirib.

Hizbullah lideri Həsən Nəsrullah İsrail-Həmas müharibəsi ilə bağlı tənqidi mesajlar verib. Müharibənin gedişatını az qala dəyişəcək mövzulara toxunan Nəsrullah Əqsa tufanın bir çox cəbhəyə yayıldığını bildirib. Nəsrullah, “Bu gün mövqeyimizi dəqiqləşdirəcəyik. Hələlik bölgədə heç bir şey başlamadı. ABŞ bazalarına hücum edəcəyik. Onlar çox ağır bədəl ödəyəcəklər” deyib.

Nəsrullahın bəyanatından sonra bütün gözlər ABŞ-a çevrildi. İsrailə üçüncü səfərini edən ABŞ dövlət katibi Antoni Blinken, “Biz əvvəldən bu münaqişədə ikinci və ya üçüncü cəbhənin açılmaması lazım olduğunu çox açıq şəkildə bildirdik”.

İsrail rəhbərliyinə zəng edən Blinken: “Yalnız Qəzzada deyil, İordan çayının qərb sahilində də mülki insanlar öldürüləcək. Onları qorunması lazım olduğunu vurğulayıram” deyib.

Digər tərəfdən, İsrail və Fələstində qarşıdurmaların başlamasından bu yana üçüncü dəfə İsrailə səfər edən Blinken, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Netanyahu ilə Blinkenin qapalı görüşündən sonra döyüş kabineti ilə görüş keçirilib. Görüşdə Blinken və rəhbərlik etdiyi nümayəndə heyətinə qarşıdurmalarla bağlı İsrail ordusunun hazırladığı videoçarx nümayiş etdirilib.

İSRAİL-HƏMAS MÜHARİBƏSİNDƏ SON VƏZİYYƏT

İsrail-Həmas müharibəsi bütün şiddəti ilə davam edir. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi məlumata görə, İsrailin hücumları nəticəsində 3 min 760-ı uşaq, 2 min 326-sı qadın olmaqla 9 min 277 fələstinli həyatını itirib, ən azı 32 min nəfər isə yaralanıb.

İsrail qüvvələri və yəhudi mühacirlər işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə 138 fələstinlini qətlə yetirib. Qəzzada minlərlə yaralı və mülki vətəndaşın olduğu ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasını hədəf alan İsrail ordusu Əl-Əhli Baptist və Türk-Fələstin Dostluq xəstəxanalarını vurub, Qüds ətrafını və Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı İndoneziya xəstəxanalarını bombalayıb.

Mənbə: TGRT

Aynur Camal