Hücumçu Jiru: icazə verməyəcəyik ki, Messi o həzzi dadsınbackend

Fransa millisinin hücumçusu Olivye Jiru “üçrəngli”nin Argentina ilə qarşılaşacağı Qətərdə keçiriləcək dünya çempionatının final oyunu haqda danışıb.
“Messi inanılmaz oyunçudur. Amma biz ona icazə verməyəcəyik ki, axşamın ən yaxşı həzzini o yaşasın”,-Jiru deyib.“Biz bu matçda və dünya çempionatında qalib gəlmək istəyirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik.Bu komanda təkcə Messi deyil. Onların həm də komandada işləyən gözəl futbolçuları var. Buna görə də onlar çox güclüdürlər “deyə The Athletic Girouddan sitat gətirir.

“Yeni Gundem” xəbər verir ki, 35 yaşlı argentinalı üçün bu qarşılaşma dünya çempionatlarında sonuncu olacaq. 2014-cü ildə o, artıq finala yüksəlib, lakin sonra komandası Almaniya millisinə 0:1 hesabı ilə uduzub.

Fransa və Argentina yığmaları arasında dünya çempionatının final oyunu dekabrın 18-də Lusail İkonik stadionunda keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 18.00-da başlayacaq.
Dekabrın 17-də Xorvatiya millisi Mərakeşlə üçüncü yer uğrunda görüş keçirəcək. Görüş də Moskva vaxtı ilə saat 18.00-da başlayacaq.

Yarımfinal görüşündə argentinalılar Xorvatiya millisini 3:0 hesabı ilə məğlub edib. Kapitan Lionel Messi qola, Julian Alvares dubla imza atıb.
Fransızlar öz qarşılaşmalarında Mərakeş millisindən (2:0) güclü olublar. Teo Hernandez və Kolo Muani fərqləndilər.

Ayşən