Hüquq mühafizə orqanlarının əməkdaşlarının da əməkhaqları artırılacaq – Nazirdən açıqlamabackend

“Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib