Hüseynbala Mirələmovun vəzifəsi ona həvalə olundubackend

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatına yeni sədr əvəzi seçilib.

“Yeni Gündəm”-in məlumatına görə, adıçəkilən partiyanın rayon təşkilatının İdarə Heyətinin qərarı ilə, sədr vəzifəsinin icrası Qurbanova Yeganə Məmmədəli qızına həvalə olunub.

O, həm YAP Xətai rayon təşkilatının sədr müavini, həm də 265 saylı tam orta məktəbin direktorudur.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sabiq sədri H.Mirələmovun xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən video yayılandan sonra o, partiyadan çıxarılıb.