Husilərin lideri ələ keçirildibackend

Yəməndə hökumət qüvvələri İrandan qayıdarkən Tehran dəstəkli husilərin yüksək rütbəli rəsmisi Həsən Əli əl-İmadı həbs edib.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

Yəmən sərhəd təhlükəsizliyi qüvvələri keçən həftə əl-Mahra əyalətindəki Şahn quru sərhəddində İran dəstəkli husilərin  liderlərindən olan Həsən Əli əl-İmadı saxlayıb.

İrandan qayıdarkən saxlanılan İmadın Yəmənə girmək istədiyi və həbs edilərək Əl-Mehradakı bir təcridxanada saxlandığı qeyd olunur.

Həsən Əli əl-İmad husilərin nəzarət etdiyi Sanada fəaliyyət göstərən “Mustakbel əl-Adale” təşkilatının baş katibidir.

Uzun müddətdir ki, qeyri-sabitliyin hökm sürdüyü Yəməndə hökumət qüvvələri ilə İran dəstəkli husilər arasında savaş davam edir.