I Qarabağ müharibəsində xəsarət alanların nəzərinəbackend

1991-1997-ci illərdə müharibə zamanı xəsarət almış şəxslərə sığorta ödənişlərinin proaktiv qaydada ödənilməsi planlaşdırılıb.

“Yeni Gündəm” xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bununla əlaqədar işlərə artıq yekunlaşmaq üzrədir.

“Yaxın günlərdə həmin ödənişlər proaktiv qaydada həyata keçiriləcək” – Kənan Əkpərov qeyd edib.