“I qrupda müəyyən ixtisaslarda keçid balı bir az da düşə bilər”backend

“I qrupda ötən illə müqayisədə 600 baldan yuxarı nəticə göstərən daha çoxdur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.

O bildirib ki, reytinqli ixtisaslarda gərgin vəziyyət yarana bilər: “500 baldan yuxarı nəticə göstərənlər keçən illə müqayisədə 9 nəfər azalıb. 200 baldan yuxarı bal toplayanlar da 75 nəfər azalıb. 150 baldan yuxarı nəticə göstərənlər isə artıb. I qrupda müəyyən ixtisaslarda keçid balı bir az da düşə bilər”.