IBM şirkəti işçilərini 4000 nəfər azaldacaqbackend
IBM işçilərinin sayını azaldacaq. 2022-ci ildə şirkət dövriyyəsində son 10 ildə ən böyük artımı müşahidə edərkən, digər tərəfdən illik mənfəəti 71,5 faiz azalıb.
“Yeni Gundem” xəbər verir ki, IBM, aktivlərinin bir hissəsinin satışı və illik nağd pul hədəfini yerinə yetirə bilmədiyi üçün ümumi işçilərinin 1,5 faizini təşkil edən 3900 işçini işdən çıxaracağını açıqladı. Yanvar-mart dövründə ixtisarlar şirkətə 300 milyon dollara başa gələcək.
2022-ci ilin oktyabr-dekabr dövrü üçün balans hesabatında ABŞ texnologiya şirkətinin xalis mənfəəti 2022-ci ildə illik 71,5 faiz azalaraq 1,6 milyard dollar olaraq qeyd edildi. Texnologiya şirkətinin 2021-ci ildə xalis mənfəəti 5,7 milyard dollar olub.