İbrahim Borçalı qəza keçirdi, avtomobili yandı – VİDEObackend

Müğənni İbrahim Borçalının başına bədbəxt hadisə gəlib.

“Yeni Gundem” xəbər verir ki, sənətçi qonaq olduğu “7 Canlı” axşam şousunda bir neçə həftə əvvəl iki dəfə avtomobil qəzası keçirdiyini açıqlayıb.

“Gürcüstanda dostumun oğlu ilə avtomobil qəzası keçirtdim. Onu yalnız yaxınlarım bildi. Medianın xəbəri olmadı. Bu yaxınlarda da oradan qayıdanda maşının mühərriki yandı, zorla qurtuldum”.

Qeyd edək ki, İ.Borçalının oğlu Rəhim iki il əvvəl Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.

Bizim.media