İbrahimoviç klub karyerasında 500-cü qolunu vurdubackend

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.

“Yeni Gündəm” xəbər verir ki, isveçli futbolçu bu uğura İtaliya A seriyasının 21-ci turunda “Krotone” ilə ev oyununda (4:0) nail olub.

39 yaşlı forvard matçın 31-ci dəqiqəsində fərqlənməklə 500-cü qolununin sevincini qeyd edib. 64-cü dəqiqədə isə Zlatan daha bir qol vurub və dublunu rəsmiləşdirib.

İbrahimoviçin klub karyerasında vurduğu qollar:

“Malmö” – 18
“Barselona” – 22
“Yuventus” – 26
“Mançester Yunayted” – 29
“Ayaks” – 48
“Los Anceles Qalaksi” – 53
“İnter” – 66
“Milan” – 83
“PSJ” – 156