İçəri girəndə həyat yoldaşımın birinci sözü o olur ki, “oxuya bildin?”backend

“Toya gedib gələnə qədər həyat yoldaşım ölüb-dirilir. İçəri girəndə həyat yoldaşımın birinci sözü o olur ki, “oxuya bildin?”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Söz baz” verilişində qonaq olarkən həyat yoldaşı haqda deyib. Müğənni bildirib ki, hər dəfə məclisə gedəndə xanımı narahat olur:

“Bu, səsdir. Səslə zarafat etmək olmaz. Boş nəfəsdir, getdi bir də gəlmədi. Xanımım sənətimin gücünü bilir. Onu toyda tanımışam. O da məni orada görüb bəyənib. Dörd qardaşın bir bacısı olub. İmkanlı ailədən idi. Biz nişanlananda İncəsənət Universitetinə qəbul olmuşdu. Təhsilini davam edib-etməməyini incəsənət adamı olduğuma görə mənimlə məsləhətləşmişdi. Mən də ona “Bir ailədə bir incəsənət adamı olsa bəsdir” dedim. Bir kəlmə bunu dedim”.