İçi sərnişinlə dolu “BakuBus” ölüm saçdı – VİDEObackend

Bakıda içi dolu sərnişinlə kobud qayda pozuntusu edən avtobus sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Hadisə sentyabrın 24-də paytaxtın Xətai prospektində qeydə alınıb. Belə ki, “BakuBus”-a məxsus 15-104 eyniləşdirmə nömrəsi ilə sərnişin daşıyan avtobusun sürücüsü sözügedən yolda qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Axına qarşı gedən sürücü digər avtomobillərin hərəkətinə mane olaraq onlara təhlükə yaradıb.

Avtosfer.az