İcra başçısı niyə vətəndaşları qəbul etmir? – Fotolarbackend

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşları qəbul etmir.

“Yeni Gundem” xəbər verir ki, Unikal.org-a müraciət edən rayon sakinləri bildirir ki, icra başçısı vətəndaşların problemlərini dinləmək istəmir.

Belə ki, icra hakimiyyətinin inzibati binasında rəsmi qəbul günləri qeyd edilib. Buna baxmayaraq, başçısı Qəzənfər Ağayevin qəbuluna sakinlər düşə bilmir.