İcra başçısı sahibkarlara Qurbanlıq üçün cöngə aldırır – İmişlidəbackend

İmişlinin yeni icra başçısı Elçin Rzayev rayondakı imkanlı şəxslərə Qurban bayramı münasibəti ilə maraqlı göstəriş verib.

 Rayon sakinləri tərəfindən daxil olan məlumata görə, icra başçısının məqsədi kəsiləcək Qurbanlıq heyvanları rayonun imkanlı şəxslərinə aldırmaqdır. Tapşırığa əsasən imkanlı şəxs, sahibkar azı bir cöngə (erkək dana) gətirməlidir.

Elçin Rzayev çalışır ki, sahibkarların aldıqları heyvanları öz adından kəsdirərək rayondakı kasıb, imkansız əhaliyə, şəhid və qazi ailələrinə paylatdırsın və öz adına çıxartsın.

Qurbanlıq kəsmək hər bir müsəlmanın borcudur, amma icra başçısının bunu icra hakimiyyəti, yaxud öz hesabından deyil sahibkarlara aldırması başadüşülən deyil.

Cəlilabadda 2250 AZN İnək. Heyvan satılır ana və bala bir yerdə. Heyvan 2-ci qarını: İNƏKLƏR, CAMIŞLAR lalafo.azda

Məlumatda deyilir ki, E.Rzayev bu kimi əməlləri ilə özünü rayon sakinlərinin yanında yaxşı göstərməyə çalışır, daha doğrusu, “hamam suyu ilə özünə dost tutur”.

Qeyd edək ki, İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev DTX-nın əməliyyatı zamanı həbs edilib.

Daha sonra Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Məlumat üçün bildirək ki, yeni icra başçısının dönəmində də İmişli rayonu ilə bağlı maraqlı məlumatlar gəlməkdədir. Görünür bu rayonda yenidən kadr islahatlarına ehtiyac yaranacaq.

Bizimxəbər.az