İcra başçısı təyin olunan general-mayor kimdir?backend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Araz Əhmədov gətirilib. Başçı postu boş olan Göygöl və Lerik rayonlarına isə müvafiq olaraq Elvin Paşayev və Əkbər Abbasov təyinat alıb.

”Yeni Gündəm”-in məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub. //Qafqazinfo