İcra başçısı və deputat şəhidləri ziyarət edib – FOTOLARbackend

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və deputat Anar Məmmədov Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edərək şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib,məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda deputat məlumat yayıb.

Görüşdə Şəhid valideynlərinə bildirilib ki, Ali Baş Komandanımız möhtərəm Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.