İcra başçısına birinci müavin təyin olundubackend

Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

“Yeni Gündəm” xəbər verir ki, Masallı RİH başçısı Şahin Məmmədovun imzaladığı əmrə əsasən, Məmmədhüseyn Hüseynov icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Hüseynov bundan əvvəl icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.