İcra başçısına məxsus olduğu deyilən restoranda jurnalistin qolu sındırıldı – FOTOLARbackend

“Kanal 13”-ün əməkdaşı Əvəz Hafizli bir qrup şəxs tərəfindən döyülüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə internet kanalın direktoru Əziz Orucov məlumat yayıb.

O, iddia edib ki, jurnalist Yasamalın icra başçısı Elşad Həsənova məxus restoranda döyülüb və qolu sındırılıb:

“Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən “Dəyirman” restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizliyə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş vermişdir. Həmçinin telefonu əlindən alınaraq sındırılıb”.

Əziz Orucov hüquq müdafiəçilərini, jurnalistləri, ictimai fəalları və eləcədə aktiv insanları məsələyə biganə qalmamağa çağırıb.

O, Arqument.az-a deyib ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Tele-kanal rəhbəri bildirib ki, hazırda fiziki zorakılığa məruz qalan jurnalist həkim nəzarətindədir.