İcra başçısından şəhid ailəsinə HÖRMƏTSİZLİK – VİDEObackend

“Vətən müharibəsi qəhrəmanı ” şəhid Azər Yusiflinin əmisi Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən laqeyd münasibətdən danışıb.

“Yeni Gündəm”in məlumatına görə, şəhidin adı ilə bağlı 2 dəfə bulaq açılışı olub. Birinci bulaq açılışının səhər 10:00-da keçirilməsi nəzərdə tutulsa da,vaxt nümayəndəlik tərəfindən 15:00-a dəyişdirildi və İcra hakiminin müavini iştirak etdi. 21 iyul Ağgöl kəndində Bulağın ikinci açılışına icra hakimiyyəti dəvət olunsa da, nəinki onlar heç kənd nümayəndələrindən də iştirak edən olmadı.Təkcə bulağın açılışında deyil, şəhidin ad günündə də Dövlət sərhəd xidmətinin şəxsi heyyətindən savayı bir nəfər belə qatılmadı. ”

Şəhid Azər Yusiflinin əmisi açıqlamasında qeyd edir ki, bu laqeyd yanaşmadan sonra İcra Hakimiyyətinin qəbulunda olub və məlumat verilməsini istəyib.
“Şəhidin vəsiyyəti yerinə yetirilmir ”
“Yusifli Azərin dəfn günü 22 oktyabrda İcra hakimiyyətinə şəhidin vəsiyyəti ilə bağlı məlumat verilib.Şəhid çətin döyüşə girərkən dostlarına ” Əgər mənə birşey olsa kənd məktəbinə mənim adımı versinlər ” deyə vəsiyyət edib. Doğulub boya-başa çatdığı Böyük Kəsik kənd məktəbinə şəhidin adının verilməsi ilə vəsiyyətin yerinə yetirilməsi bağlı məlumat əldə etmək üçün, 2 fevral tarixində İcra Hakimiyyətinin rəsmisi ilə görüşdüm . O, cavabında dedi ki, biz bu gün ya da sabah şəhidin ailəsi ilə danışmaq üçün evinə gedəcəyik, orada ətraflı söhbət edərik. Bu sözünün üstündən aylar keçib, mən hələ də icra hakimini gözləyirəm.
“Şəhidin xatirəsi əbədiləşdirilmir”
“İkinci dəfə 10 avqustda şəhidin büstünün qoyulması ilə bağlı icra hakimiyyətinin qəbulunda oldum. İcra başçısı mənə hələ ki, bununla bağlı bir qərarın olmadığını, qərar veriləcəyi halda icra edəcəyini dedi . Mən isə dedim ki, Nazirlər kabinetinin qərarında əsasən İcra hakimiyyəti vətən müharibəsi qəhrəmanlarının milli qəhrəmanların büstünü qoymalıdır. Bəs niyə icra olunmur deyə soruşdum, İcra başçızı mənə “Əli Əsədova müraciət et, gəlib qoysun ” cavabını verdi. Mən “Ali baş komandana müraciət edəcəm, sağ olun” deyib qapını bağlayıb oradan çıxdım.
İcra hakimiyyətinin padşahı, başda vəzirləri ayaqda oturub mənə o, sözü dedi mən də cənab prezidentə yazılı müraciət etmişəm. Yəqin ki, müraciətdən sonra icra başçısı o adın mahiyyətini dərk edəcək və bundan qaynaqlanan məsələləri həll edəcək.
Başqa bir laqeydlik ondan ibarətdir ki, aprel ayında şəhidin abidəsinin qoyulması üçün yeri təyin etmək məqsədilə getmişdik və həmin ayda küçə təyin edildi ancaq lövhə vurulmur . 3 dəfə müraciət etdikdən sonra heç bir rəsmi açılış olmadan küçəyə ” Yusifli Azər küçəsi” adını verdilər. Biz dəfələrlə qeyd etmişik ki, özümüz üçün heçnə istəmirik.
Ağstafa rayonunda bir dənə vətən müharibəsi qəhrəmanı var bu adı cənab prezident verib. Həmçinin şəhid ” vətən uğrunda “medalı ” Cəbrayılın işğaldan azad olunması uğrunda ” medalı ilə təltif olunub .

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

YeniGundem.az