İcra başçısının “Facebook” və “İnstagram” səhifələrinin reklamına ayırdığı vəsait müzakirələrə səbəb oldu – ŞOK RƏQƏMbackend

Kürdəmirin icra başçısı Elxan İbrahimov rayon icra hakimiyyətinin SMM xidmətlərinin satın alınması üçün 26 400 manatlıq müqavilə imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, iddialara görə, tenderdə müqavilə Emin Məmmədzadə adlı şəxslə imzalanıb.

Bildirilib ki, E.Məmmədzadə 6 ay ərzində Kürdəmir Rayon İcra Hakimiyyətinin “Facebook” və “İnstagram”da səhifələrinin reklamı və təşviqatını aparacaq.

İcra başçısının SMM üçün bu qədər yüksək məbləğ ayırması geniş müzakirəyə səbəb olub.Pravda.az