İcra başçısının özünə təyin etdiyi 43 yaşlı xanım müavin kimdir? – Zal nəzarətçisi, kitabxanaçı və … – DOSYEbackend

“Yeni Gündəm” rayon icra başçısı İlqar Abbasovun əmrinə əsasən müavin təyin edilmis Aynur Fərzəliyevanın tərcümeyi-halı barədə bəzi məlumatları əldə edib.

Aynur İmamverdi qızı Fərzəliyeva 1977-ci ildə Şirvan (Keçmiş Əli Bayramlı) şəhərində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin məzunudur. Əmək fəaliyyətinə 2009-cu ildə Şirvan şəhər Heydər Əliyev Mərkəzdə başlayıb. Mərkəzdə zal nəzarətçisi, elmi isçi vəzifələrində çalışan Aynur Fərzəliyeva, 2015-ci ildən direktor vəzifələrini icra edib.

Qeyd edək ki, A.Fərzəliyeva bir müddət öncə koronavurisdan vəfat etmiş Elmira Ağayevanın yerinə bu vəzifəyə təyin edilib.

Ailəlidir, iki övladı var.Ölkə.az