İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi (FOTO)backend

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, güclü külək paytaxtda 2 ağacı kökündən çıxararaq aşırdıb: “Daha 3 ağac isə sınaraq yola düşüb. Aşan 5 ağac Birlik əməkdaşları tərəfindən götürülüb, xəsarət alan olmayıb.

Paytaxt sakinlərindən xahiş olunur ki, nəqliyyat vasitələrini hündürgövdəli ağacların altında park etməsinlər. Hətta özləri keçərkən diqqətli olsunlar, çünki küləyin sürəti normadan artıq olduğu üçün hər an sağlam ağacları belə aşıra bilər. Hazırda müşahidə edilən güclü külək yağışla birgə müşahidə edildiyindən torpağın yumşalması nəticəsində ağacların aşma riski daha da artır”.