İcra hakimiyyəti sabiq deputata tikinti aparmağa imkan vermədi – Söküldü – FOTObackend

Şəxsi mülkiyyətimdə olan klinikanın (“Loğmed” klinikası-red) həyətində insanların oturması üçün tikdirməyə başladığım “besedkanı” sökdürmək üçün Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və polis səfərbər olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq deputat Nazim Bəydəmirli məlumat verib.

“Sənəd də göstərirəm başa düşmürlər…Cənab prezident bu ölkədə necə bizneslə məşğul ola bilərəm ki, qanun mənim tərəfimdə ola-ola icra hakimiyyəti orqanlarında kiminsə qanunsuz göstərişi ilə mənə ziyan vurulur, əsəb verilir?” – N.Bəydəmirli qeyd edib.