İcra hakimiyyətləri ləğv edilirbackend

Millət vəkili Vahid Əhmədov icra hakimiyyətləri ilə bağlı fikirlərini səsləndirib.

Yeni Gündəm xəbər verir ki,Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, İcra Hakimiyyətlərinin ləğvinə aparıb çıxarır:

“Əlbəttə hadisələrin gedişi göstərir ki, prespektivdə İcra hakimiyyəti srukturu aradan qalxacaq.  Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.

Onun sözlərinə görə, əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:

“Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu  Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, bu idarəetmə modulu çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir”.

Fərahim RƏHİMOV