İcra məmurlarının təminatının yaxşılaşdırılması üçün layihə hazırlanırbackend

Ombudsmanın təkliflərini araşdırıb nəticələri barədə məlumat verəcəyik.

Bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, böyük sayda məhkəmə qərarları müəyyən əmək münasibətləri ilə bağlıdır:

“Bunlar kifayət qədər xırda məsələlərdir. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatları ilə bağlı məhkəmə qərarlarında gecikən, icra olunmayan işlər yoxdur. Bəzi qərarlar yenidən baxılmalı, onların təzminat məbləğləri azaldılmalı və s. olmalıdır. İcra olunmayan məhkəmə qərarlarının icrası ilə bağlı vəsaitdən icra məmurlarının təminatının yaxşılaşdırılması üçün istifadə oluna bilər. Bu, tam hazır olduqda müvafiq layihə təqdim ediləcək”./Report