İctimai nəqliyyatın fəaliyyəti bərpa olunurbackend

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata əsasən, paytaxt Tbilisi və Gürcüstanın digər böyük şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti sentyabrın 13-ü bərpa olunacaq.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Daha sonradan bu qərar sentyabrın 13-nə kimi uzadılıb.