İdxalı qadağan edilmiş mallarla bağlı yeni qayda müəyyən edilirbackend

Azərbaycana idxalı qadağan edilmiş mallarla bağlı yeni qayda müəyyən edilir.

“Yeni Gundem”-in məlumatına görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.