İƏT İnsan Hüquqları Komissiyasının sədri: “Məlumatımız var ki, həmin ərazilərdə məscidlər ermənilər tərəfindən dağıdılıb”backend

“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycana səfər etməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır”.

“Yeni Gündəm” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohammed Abdulla Omair Alghfeli deyib.

Sədr bildirib ki, sabahdan etibarən komissiya işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirməyə başlayacaq: “Bizim məlumatımız var ki, həmin ərazilərdə olan yerli müsəlman əhalinin dini ibadət yerləri olan məscidlər ermənilər tərəfindən dağıdılıb, ərazi minalanıb. Biz həmin yerlərə tanış olacağıq. Daha sonra missiyanın nəticəsi olaraq Komissiyanın hesabatı hazırlanacaq. Hesabat dünya ictimaiyyətinə təqdim olunacaq”.

Komissiya sədri işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkil edilməsinə görə, Azərbaycan hökumətinə və Ombudsman Səbinə Əliyevaya, o cümlədən Ombudsman Aparatına təşəkkür edib.