İƏT nümayəndə heyəti Ağdamda Cümə məscidini ziyarət etdibackend

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.

“Yeni Gündəm” xəbər verir ki, nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.

Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib. Həmin ərazidə qonaqlar xatirə şəkili çəkdiriblər.

Daha sonra şəhər mərkəzinə yola düşüblər.

İƏT nümayəndə heyəti Ağdam şəhər mərkəzində Cümə məscidini ziyarət edib.Report