İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb – VİDEObackend

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində namaz qılıblar.

“Yeni Gündəm”-in xəbərinə görə, daimi nümayəndələr məscidə baş çəkib, namaz qılıb, dualar ediblər.