İki günə 100 min nəfər artdıbackend

Son iki gündə dünya üzrə koronavirusa yoluxanların sayı 100 min nəfər artaraq 1,117,941-ə çatıb.

“Yeni Gündəm” xəbər verir ki, dünya üzrə koronavirusa yoluxanların artım tempi günü gündən sürətlənir.

Belə ki, cəmi iki günə dünya üzrə koronavirusa yoluxanların sayı 102,845 nəfər artaraq 1,117,941-ə çatıb.

Bundan əvvəl dünya üzrə koronavirusa yoluxanların ümumi sayının 100,000-ə çatması üçün 3 ay, 200,000-ə çatması üçün isə 12 gün lazım olub.